KİV: Ruisyada hərbi komendantlıqda baş verən yanğında 5 nəfər həlak olub

20.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bu gün Moskva vaxtı ilə saat 20:00-da Vilyuiski küçəsində binanın birinci mərtəbəsində yanğın baş verib.

APA “BAZA”ya istinadən xəbər verir ki, yanğın və tüstü sürətlə bütün binaya yayılaraq beş nəfərin ölümünə, yeddi nəfərin yaralanmasına səbəb olub.

Yanğın 3 saatdan sonra söndürülüb.

Hazırda ölən və yaralananların kimliyi, həmçinin yanğının baş vermə səbəbləri açıqlanmır.

Bununla belə, yerli sakinlərin sosial şəbəkələrdəki mesajlarına əsasən sözügedən binada müvəqqəti toplama məntəqəsi, eləcə də hərbi komendantlıq var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью