Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aprelin 19-u şənbə günü yeni məhbus mübadiləsi həyata keçirəcək.
APA xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.
Məlumata görə mübadilə çərçivəsində 500-ə yaxın rus və ukraynalı məhbus, həmçinin 46 yaralı hərbçi qaytarılacaq. Mübadilədə hər tərəfdən 246 məhbusun iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, BƏƏ-nin vasitəçiliyi ilə azad edilənlərin ümumi sayı 3233 nəfərə çatıb.