KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər

08.06.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Rusiyanın bir neçə gün ərzində Ukraynaya yeni miqyaslı zərbə endirəcəyini gözləyir. Bu, Rusiyanın strateji aviasiya aerodromlarına hücuma növbəti cavab ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı məmurlara istinadən məlumat yayıb.

ABŞ rəsmiləri hesab edirlər ki, Rusiyanın tam cavabı hələ qabaqdadır.

Mənbələrin fikrincə, bu dəfə Kiyevə aydın siqnal göndərmək üçün hökumət binalarına hücum edilə bilər. Söhbətin "Oreşnik" raketi ilə Ukrayna Təhlükəsizlik Xidmətinin binasının vurulması ehtimalından getdiyi vurğulanır.

Rusiyanın cəbhədə növbəti hücumu da proqnozlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью