KİV: SAXAL HƏMAS ın sözçüsü Əbu Übeydəni öldürüb

31.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzzada bir mənzilə endirdiyi zərbə nəticəsində İzzəddin əl-Qəssam Briqadasının (HƏMAS hərəkatının hərbi qanadı) sözçüsü Əbu Übeydə öldürülüb.

Oxu.Az xəbər verir ki, bu məlumatı "Al Arabiya" telekanalına fələstinli mənbə deyib.

Mənbənin məlumatına görə, zərbənin endirildiyi mənzilin bütün sakinləri ölüblər.

SAXAL Əbu Übeydənin öldürülməsi barədə hələ rəsmi bəyanat yaymayıb, HƏMAS da onun öldüyünü təsdiqləmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью