KİV: Səudiyyə Ərəbistanı hesab edir ki, ABŞ ın İrana zərbədən imtinası Tehrandakı hakimiyyəti gücləndirəcək

31.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Al Səud hesab edir ki, ABŞ-ın İrana mümkün hərbi zərbədən imtina etməsi Tehrandakı hakimiyyətin mövqelərini möhkəmləndirə bilər.
APA xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, nazir bu fikri Vaşinqtonda analitik mərkəzlərin rəhbərlərinin iştirakı ilə keçirilən qapalı brifinq zamanı səsləndirib.
Qeyd olunur ki, o, bundan bir gün əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə də görüşüb.

"Axios"un yazdığına görə, Xalid bin Salman bildirib ki, hazırkı mərhələdə İrana zərbə endirilməməsi ölkə rəhbərliyini daha da gücləndirəcək.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp administrasiyası eskalasiyadan yayınmaqla yanaşı, hərbi xarakterli addımlar atmaq məcburiyyətində qala bilər.

Portal qeyd edir ki, bu mövqe Ər-Riyadın rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью