KİV: Şimali Koreya Rusiyaya döyüş sursatı tədarükünü azaldıb

16.11.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Koreya ehtiyatlarının tükənməsi səbəbindən Rusiyaya artilleriya sursatı tədarükünü əhəmiyyətli dərəcədə azaldıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyat İdarəsi rəis müavini, general-mayor Vadim Skibitski "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2023-cü ildən bəri Şimali Koreya Rusiyaya ümumilikdə 6,5 milyon artilleriya mərmisi göndərib.
Lakin ehtiyatların tükənməsi səbəbindən bu ilki tədarük həcmi 2024-cü illə müqayisədə təxminən iki dəfə az olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью