KİV: Şimali Koreya Rusiyaya əlavə qoşun növləri göndərə bilər

26.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Şimali Koreya iyul və avqust aylarında Rusiya – Ukrayna müharibəsində iştirak üçün əlavə qoşun növləri cəlb edə bilər.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın kəşfiyyatı məlumat yayıb.

Bu arada, Cənubi Koreya Parlamentinin üzvü Li Seonq Kueun bildirib ki, göstərilən dövrdə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum əməliyyatı planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью