KİV: Suriya qoşunları Hələb yaxınlığında əkshücuma keçib | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən "Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.
"Report"un məlumatına görə, bu barədə Livanın "Al Mayadeen" xəbər yayıb.
Məlumata görə, hökumət qüvvələri əməliyyat zamanı Əl-Bakum şəhərini azad edib.
Bundan əvvəl Suriyanın digər bölgələrindən də Hələbə hərbi qüvvələr göndərilib.
Dəməşq və Hələbi birləşdirən M-5 beynəlxalq magistral yolunda silahlı dəstələrin hücum təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Noyabrın 27-də baş verən xain hücum zamanı "Cəbhət ən-Nusra” terrorçuları və onunla müttəfiq olan radikal qruplaşmalar Hələbə təhlükəli şəkildə yaxınlaşaraq, şəhərin 7-10 kilometrliyində bir neçə strateji mövqeni tutublar.
Camiat əz-Zəhra, Cdeyda, Əz-Zərb və əl-Mənsurə ətraflarından qaçqın axınları 2016-cı ildə qeyri-qanuni silahlı qruplardan azad edilən şimal paytaxtına axışıb.
Tam oxu
Xəbəri oxu