KİV: Suriyada məsciddə açılmış atəş nəticəsində 6 nəfər ölüb

03.03.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Suriyanın Hama vilayətində yerləşən məsciddə namaz qılan kütləyə qarşı silahlı hücum nəticəsində azı altı nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Bu barədə “Report” “Al Mayadeen” telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Hayalin qəsəbəsində baş verib. Yerli məscidin yanından motosikletlə keçən bir yaraqlı atəş açıb.

Polis cinayətkarın axtarışı üçün tədbirlər görüb, yaralılara tibbi yardım göstərilir.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью