KİV: Suriyanın müvəqqəti hökumətinin rəhbəri məlum olub

09.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Hicab rəhbərlik edəcək.

APA-nın məlumatına görə, bu iddia ilə “Le Figaro” nəşri çıxış edib.

58 yaşlı Riyad Fərid Hicab siyasi karyerasına “Bəəs” partiyasının yerli təşkilatlarından birinin rəhbəri kimi başlayıb. 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifəsində işləyib. 2012-ci ilin iyun-avqust aylarında isə Baş nazir postunu tutub.

İstefaya göndərildikdən sonra ailəsi ilə birlikdə İordaniayada yaşayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью