Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ və Əfqanıstan rəsmiləri məhbusların taleyi ilə bağlı gizli danışıqlar aparırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən məlumat yayıb.
Xüsusilə, "Taliban" keçmiş "Əl-Qaidə" lideri Usama bin Ladenin tərcüməçisi və kuryeri olduğu iddia edilən Məhəmməd Rəhimin azadlığa buraxılmasını istəyir.
Bunun müqabilində hərəkat bir neçə ABŞ vətəndaşını ölkəsinə təhvil verməyi təklif edib.
"Biz iki ABŞ məhbusunun azadlığa buraxılmasını və eyni zamanda, Quantanamodakı dustaqlarımızın taleyinin aydınlaşdırılmasını istəyirik", - deyə "Taliban" rəsmisi Zabiulla Mücahid bildirib.
Nəşrinin mənbəsinin sözlərinə görə, son bir ildə Əfqanıstanda ən azı beş ABŞ-li məhbus azadlığa buraxılıb. Lakin buna baxmayaraq, sonrakı müzakirələr dayandırılıb.