KİV: Tramp ABŞ kəşfiyyatına Maduronu devirməyə icazə verib

16.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuela lideri Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniya çərçivəsində bu ölkədə gizli əməliyyatlar keçirməyə icazə verib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "The New York Times" məlumat yayıb.

Məlumata görə, bu icazənin son məqsədi Maduronu hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Qəzetin yazdığına görə, hazırda ABŞ ordusu Venesuela ətrafında qüvvələrini cəmləyir. Orada 10 min ABŞ əsgəri, səkkiz gəmi və bir sualtı qayıq yerləşdirilib. ABŞ ordusu artıq Venesuela sahillərində narkotik daşıdığı bildirilən gəmilərə bir neçə zərbə endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью