KİV: Tramp G7 nin İran və İsraillə bağlı bəyanatını imzalamayıb

16.06.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamayıb.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kanadada keçirilən “Yeddilik Qrupu” sammitinin layihə bəyanatında deyilir ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir və sənədin surətinə əsasən, İsrail özünü müdafiə etmək hüququna malikdir.

Bəyanat həmçinin regional sabitlik naminə eskalasiyaya son qoymağa çağırır və G7-nin enerji bazarlarında sabitliyi təmin etmək üçün işləməyə hazır olduğunu ifadə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью