KİV: Tramp gələn həftə Putinlə görüşməyi planlaşdırır

06.08.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tramp gələn həftə şəxsən Putinlə görüşməyi planlaşdırır.

Bu barədə "New York Times" nəşri iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev rəhbəri ikitərəfli görüşdən sonra Vladimir Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüş təşkil etmək niyyətindədir.

Məqalədə qeyd olunur ki, Tramp bu niyyətini çərşənbə günü Avropa liderləri ilə telefon danışığı zamanı bildirib. Gözlənilir ki, görüşdə yalnız üç lider iştirak edəcək. Avropa nümayəndələrinin iştirakı istisna edilir.

Nəşrin məlumatına əsasən Avropa liderləri Trampın sözlərini anlayışla qarşılayıblar.

Telefon danışığında Tramp və Zelenskiylə yanaşı, Böyük Britaniya Baş naziri, Almaniya kansleri, NATO Baş katibi, ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın sülh missiyaları üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff da iştirak edib.

/APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью