KİV: Tramp İsrailə səfər edə bilər

08.10.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı üzrə girovların azad edilməsini nəzərdə tutan sazişin imzalanması halında ölkəyə mümkün səfərinə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ynet" öz mənbələrinə istinadən məlumat yayıb.

"Tramp müharibənin sona çatmasını və Qəzza zolağında girovların azad edilməsini qeyd etmək üçün regiona səfər etmək istəyəcək. Hazırda hər şey Şarm əl-Şeyx (Misir) danışıqlarının nəticələrindən asılıdır, lakin perspektivlər ümidvericidir", - mənbə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью