KİV: Tramp mayın 9 da Moskvada Ukrayna münaqişəsinin “qələbəsi”ni qeyd edəcək

22.02.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp mayın 9-u qeyd etmək üçün Moskvaya gələcək və Vladimir Putinlə görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı mənbələrə istinadən yazıb.
“Vladimir Putin və Donald Tramp 9 may 2025-ci ildə hansı qələbəni qeyd edəcəklər? Daha çox 1945-ci ilin qələbəsini deyil, Kelloqun planına görə, mayın 9-da başa çatmalı olan Ukrayna üzrə sülh danışıqlarını qeyd edəcəklər”.
Məqalədə deyilir ki, belə bir inkişaf Vladimir Putin üçün triumf olacaq və avropalılar televiziyada ABŞ prezidenti tərəfindən qarşılanan rus qoşunlarının paradına baxacaqlar.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью