KİV: Tramp və Putin növbəti həftə Ər Riyadda görüşə bilər

18.02.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin növbəti həftə ərzində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşə bilər.

APA xəbər verir ki, bu barədə iddia ilə “Bloomberg” çıxış edib.

Bildirilib ki, həmin tarixə qədər onlar arasındakı müzakirələr üçün zəmin hazırlanacaq, daha sonra isə həmin tarixi danışıqlar baş tutacaq.

Bu arada ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Brüs deyib ki, Mark Rubionun son günlərdə apardığı müzakirələr rəsmi Moskvanın niyyətində səmimi olub-olmadığını müəyyənləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin iştirakı olmadan aparılan istənilən danışıqların nəticələrini tanımayacağaını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью