KİV: Tramp xarici yardımları əlavə 5 milyard dollar azaldacaq

29.08.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici yardımları əlavə 5 milyard dollar azaltmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Amerika büdcəsinə qaytarılacaq 5 milyard dolların 3,2 milyard dolları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçün nəzərdə tutulmuşdu, qalan hissəsi isə Dövlət Departamentinin digər fondlarına ayrılmışdı.

Qeyd edək ki, Tramp administrasiyası ABŞ-ın xarici siyasətinin həyata keçirilməsi və digər ölkələrə təsir vasitəsi kimi istifadə olunan USAID-in fəaliyyətini məhdudlaşdırıb.

USAID-in müvəqqəti rəhbəri təyin olunan ABŞ dövlət katibi Marko Rubio bildirib ki, hökumət yoxlamalardan sonra bu qurumun proqramlarının 83 faizini dayandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью