KİV: Trampın açıqlamalarına baxmayaraq, Venesuela hava məkanı açıqdır

01.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trampın Venesuelanın hava məkanını bağlamaq barədə açıqlamalarına baxmayaraq, ABŞ Venesuela üzərindəki səmanı rəsmi olaraq uçuşa qadağan zona elan etməyib.

APA xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Agentliyin mənbələri Venesuela üzərindəki hava məkanını bağlamaq üçün hər hansı bir hərbi əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.

Pentaqon və Ağ Ev “Reuters”in sorğularına cavab verməyib.

Qeyd edək ki, ötən gün Donald Tramp Venesuela hava məkanının bağlanacağını demişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью