KİV: Trampın hansı halda İstanbula gələ biləcəyi bəlli olub

13.05.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp mayın 16-da Türkiyədə Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlara şəxsən qoşulmaq imkanını nəzərdən keçirir. Lakin onun iştirakı Rusiya Prezidenti Vladimir Putinin görüşə gəlib-gəlməyəcəyindən asılıdır.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

O bildirib ki, vəziyyət hazırda son dərəcə dinamikdir.

Daha əvvəl Trampın özü sülh nizamlanmasının irəliləməsi üçün faydalı olacağı təqdirdə İstanbula uçacağını ehtimal etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью