KİV: Trampın zəmanəti HAMAS ı atəşkəsə razı salıb

10.10.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp HAMAS-a şəxsən zəmanət verib ki, ABŞ İsrailin atəşkəs razılaşmasını pozmasına imkan verməyəcək.

APA xəbər verir ki, bu barədə “Axios” nəşrində qeyd olunub.

Bildirilib ki, Trampın bu zəmanəti HAMAS-ı razılaşmanı qəbul etməyə sövq edib.

Qeyd edək ki, İsrail və HAMAS arasında atəşkəs rejimi başlayıb.

Fələstinlilər artıq Qəzzaya qayıtmağa başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью