KİV: Türkiyə ilə ABŞ arasında S 400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib

05.09.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə edildiyi bildirilir.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə “Yeni Akit” qəzeti yazıb.

Məlumata görə, Ankara və Moskva S-400 sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı razılaşmanın son mərhələsinə çatıb.

Nəşr iddia edir ki, məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstandakı təmasları zamanı həll olunub. S-400 sistemlərinin mümkün alıcısı kimi Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.

Qeyd edək ki, S-400 məsələsi uzun müddətdir Türkiyə-ABŞ münasibətlərində əsas fikir ayrılıqlarından biridir. Türkiyənin Rusiya istehsalı olan sistemləri alması Ankaranın F-35 proqramından çıxarılmasına səbəb olmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью