KİV: Türkiyə Netanyahunun Misirdəki sammitdə iştirakına mane olub

13.10.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Misirdə Qəzza ilə bağlı keçiriləcək sammitdə iştirakına Türkiyə mane olub.

APA xəbər verir ki, bu barədə anonim diplomatik mənbə “AFP”ə məlumat verib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə və Türkiyənin diplomatik səyləri nəticəsində, eləcə də digər liderlərin dəstəyi ilə Netanyahunun sammitdə iştirakının qarşısını almaq mümkün olub” mənbə qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью