KİV: Türkiyə Putin, Tramp və Zelenski arasında görüş üçün yer təklif etdi

14.08.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Türkiyə hakimiyyəti Ukrayna ilə bağlı liderlər səviyyəsində sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib, lakin hələlik konkret qərarlar yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyənin vasitəçilik təcrübəsini nəzərə alsaq, bu ölkə dialoqun baş tutması üçün əlverişli məkandır.

Mənbə bildirib: “Rusiya Federasiyası, ABŞ və Ukrayna liderlərinin Türkiyədə keçirilən sammiti şəxsən ən yüksək səviyyədə Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə irəli sürülüb”.

Mənbə əlavə edib ki, hələlik təklifə konkret cavab yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью