KİV: Türkiyə S 400 lərlə bağlı Rusiyaya müraciət edib

11.07.2026

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə verilməsinə razılıq verməsi üçün Moskvaya müraciət edib.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ankara bu addımla ABŞ-nin beşinci nəsil F-35 qırıcılarını almaq yolundakı əsas maneəni aradan qaldırmağa çalışır.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, məsələ ilə bağlı danışıqlar son həftələr ərzində aparılıb. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 komplekslərinin Rusiyaya qaytarılmasını təklif etsə də, bu təşəbbüs davam etdirilməyib.

Ankara hesab edir ki, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə ötürülməsi ABŞ-nin etirazlarını aradan qaldıra və Türkiyənin S-400-ləri aldığına görə çıxarıldığı F-35 proqramına qayıtmasına imkan yarada bilər.

Moskva və Ankara hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью