Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Suriyanı terrorizmdən təmizləmək üçün vəziyyəti diqqətlə izləməyə davam edir.
"Cebheinfo.az" "Turkiye" qəzetinə istinadən xəbər verir ki, Ankara YPG/SDG terror təşkilatının müvəqqəti administrasiya ilə əldə etdiyi razılaşmanın həyata keçirilməsi üçün atılan addımları yaxından izləyir və bu prosesin mümkün qədər tez tamamlanmasına xüsusi önəm verir.
Xatırladaq ki, Türkiyə, YPG-nin əlində əsas alətə çevrilmiş İŞİD-lə mübarizəni gücləndirib.
9 martda Suriya və Türkiyə də daxil olmaqla, bir sıra ölkələr arasında əldə edilən razılaşmaya əsasən, "İŞİD-lə Mübarizə üzrə Birgə Əməliyyat Mərkəzi"nin yaradılmasına qərar verilib.
Mərkəzin fəaliyyət qaydalarının yaxın günlərdə müəyyən ediləcəyi bildirilib.
Səbinə Uğur "Cebheinfo.az" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.