KİV: Uitkoffla Dmitriyevin danışıqları ABŞ rəsmilərindən gizli saxlanılıb

29.11.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rusiyalı həmkarı Kirill Dmitriyevlə danışıqları ABŞ rəsmiləri üçün məxfi xarakter daşıyıb.

Moderator.az xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqlar prosesinin bəzi təfərrüatını insayderlərdən öyrəniblər.

"Uitkoffla Dmitriyev doqquz ay danışıqlar aparsalar da, Tramp Administrasiyasında bəzi qurumlar onun Moskva ilə əlaqələri barədə məhdud məlumata malik idilər", - deyə xəbərdə bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью