KİV: Ukrayna ABŞ dan aldığı Abrams tanklarının əksəriyyətini itirib

19.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Ukrayna Silahlı Qüvvələri ABŞ-ın verdiyi "Abrams" tanklarının 27-ni itirib, cəmi 4 ədəd tank istismarda qalıb.
APA xəbər verir ki, bu barədə "The National Interest" jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, "Abrams" tankları müasir və etibarlı texnika sayılsa da, Ukraynadakı döyüşlərdə ciddi çətinliklərlə üzləşib.

Jurnalın yazdığına görə, hava və artilleriya dəstəyinin olmaması, texniki heyət çatışmazlığı, canlı qüvvə və texnika qıtlığı "Abrams" tanklarının ön cəbhədə effektivliyini xeyli azaldıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью