KİV: Ukrayna nadir metal yataqlarını itirir

28.06.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Rusiya qoşunlarının Ukraynada irəliləməsi Kiyevin əlində olan nadir metal yataqlarını azaldır.

Gununsesi.info xəbər verir ki, bu barədə “New York Times” yazır.

“Rusiya Silahlı Qüvvələri Ukraynanın şərqində, Donetsk vilayətində qiymətli litium yatağını nəzarətdə saxlayır, bununla da ölkəni ABŞ ilə iqtisadi tərəfdaşlığı dəstəkləyə biləcək kritik əhəmiyyətli aktivdən məhrum edir”, – nəşrdə qeyd olunur.

“New York Times” yazır ki, bu yataqdan Ukrayna və ABŞ arasında mineral ehtiyatlar üzrə strateji saziş çərçivəsində istifadə etmək istəyirdilər.

“Rusiya hərbçiləri Ukraynada nə qədər çox ərazi tutursa, Kiyev Vaşinqtona bir o qədər az resurs təklif edə bilər. Rusiya Silahlı Qüvvələri titan və digər xammal yataqlarına yaxınlaşır”, – nəşr vurğulayır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью