Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni bir araşdırmaya görə, təxminən dörd illik müharibə zamanı həlak olan, yaralanan və ya itkin düşən Rusiya və Ukrayna hərbçilərinin sayı bu yaza qədər iki milyona çata bilər.
APA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat verib.
Məlumata görə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin 27 yanvar tarixində yaydığı araşdırmanın nəticələrinə görə müharibə dövründə təxminən 1,2 milyon Rusiya və 600 min Ukrayna hərbçisi öldürülüb, yaralanıb və ya itkin düşüb.
Məqalədə bildirilir ki, tərəflərin dəqiq sayları gizlətməsi səbəbilə araşdırma ABŞ və Böyük Britaniya hökumətlərinin hesablamalarına əsaslanıb.