Kıvanç aparıcı olur!

05.08.2026

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur türk aktyor Kıvanç Tatlıtuğ rol aldığı layihələrlə geniş pərəstişkar kütləsi qazandıqdan sonra bu dəfə aktyorluqdan kənar yeni bir layihə ilə izləyicilərin qarşısına çıxmağa hazırlaşır.
OLAY yazır ki, iddiaya görə, Tatlıtuğ rəqəmsal platformalardan biri üçün səyahət və qastronomiya proqramı hazırlayır. Onun təqdim edəcəyi yeni layihə çərçivəsində müxtəlif ölkələrə səfərlər ediləcək. Məşhur aktyor səyahət etdiyi bölgələrin yerli mətbəxini, adət-ənənələrini və mədəni xüsusiyyətlərini izləyicilərə təqdim edəcək.

Səyahət və qastronomiya mövzulu proqramın Kıvanç Tatlıtuğun ekran karyerasında fərqli bir təcrübə kimi ön plana çıxacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью