Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ Türkiyədə Osmanlı tarixçisi Şakir Paşanın ailəsindən bəhs edən “Şakir Paşa Ailesi: Mucizeler ve skandallar” serialında rol alacaq.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, seriala 5-ci bölümdə qonaq aktyor kimi daxil olacaq.
Aktyor, Meryem Üzerlinin canlandırdığı “Rozalia”nın sevgilisi obrazına həyat verəcək.
Xatırladaq ki, ötən ay serialın çəkildiyi məkanda yanğın baş verdiyi üçün, çəkilişlərə bir müddətlik ara verilmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.