Kıvanç Tatlıtuğ 5 milyon izləyicisi olan Instagram hesabını bağladı

12.08.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisinin olduğu "İnstaqram" hesabını bağlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.

Aktyorun hesabını bağlama səbəbi hələlik açıqlanmayıb. Hesabın hər hansı qayda pozuntusu və ya kiberhücum səbəbindən bağlandığına dair də məlumat yoxdur. Bildirilir ki, hesabın Tatlıtuğun öz qərarı ilə deaktiv edildiyi ehtimal olunur.

Tatlıtuğun bu qərarı sosial şəbəkələrdə müxtəlif iddialara səbəb olub. Bəzi iddialarda aktyorun haqqında yayılan şəxsi həyatla bağlı şayiələrdən və sosial medianın yaratdığı təzyiqdən uzaqlaşmaq istədiyi bildirilir.

Lakin aktyorun özü və ya nümayəndələri bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Kıvanç Tatlıtuğ 2002-ci ildə "Türkiyənin ən yaxşı modeli", daha sonra isə "Dünyanın ən yaxşı modeli" seçilib. O, modellikdən sonra aktyorluğa keçərək "Aşk-ı Memnu", "Kuzey Güney", "Çarpışma" və "Aile" kimi məşhur seriallarda rol alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью