Kıvanç Tatlıtuğ Başakdan boşanır?

27.02.2026

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizerdən boşanacağı ilə bağlı iddialar səsləndirilib. 

“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara cavab verən Başak Dizer yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. 

Xatırladaq ki, müğənni və maqazin şərhçisi Onur Akay cütlüyün evlərini ayırdığını və boşanma qərarı aldığını iddia etmişdi. O, həmçinin Başak Dizerin Bodruma gedərək bir müddət tək qalmaq istədiyi fikrini də irəli sürmüşdü.

Qeyd edək ki, Onur Akay paylaşımında cütlüyün 2023-cü ildə də oxşar proses yaşadığını iddia etmişdi.

Ayxanım Məlikova 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью