Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağlama səbəbini açıqladı

08.10.2026

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağlama səbəbini açıqlayıb.

Oxu.Az bu barədə "Haber Türk"ə istinadən xəbər verir.

Avqust ayında radikal qərar qəbul edərək, beş milyon izləyicisinin olduğu "Instagram" və "X" hesablarını bağlayan Kıvanç Tatlıtuğ rəqəmsal dünyaya vida etməsinin səbəbini açıqlayıb.

Aktyor bu barədə deyib:

"Canım sıxıldı, ürəyim belə istədi, bağladım. Yəni bunun arxasında dramatik bir hekayə axtarmağa ehtiyac yoxdur. Açıq və konkret danışım: bunun əvəzinə gedib 20-dən çox kitab aldım, xeyli kitab oxudum".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью