Kıvanç Tatlıtuğdan radikal qərar

12.08.2026

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ sosial şəbəkələrlə bağlı diqqətçəkən addım atıb.

OLAY yazır ki, aktyor uzun müddətdir istifadə etdiyi və 5 milyona yaxın izləyicisi olan rəsmi “Instagram” hesabını bağlayıb. Hazırda onun profilinə daxil olmaq mümkün deyil.

Tatlıtuğun hesabını müvəqqəti olaraq dondurduğu, yoxsa tamamilə sildiyi hələlik məlum deyil. Aktyor bununla bağlı hər hansı açıqlama verməyib.

Bundan başqa, Kıvanç Tatlıtuğun “X” hesabını da bağladığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью