Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Məşhur aktyor Kıvanç Tatlıtuğun İstanbulun Göktürk bölgəsindəki evində baş verən hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb.
Hadisə avqustun 31-də baş verib. Məlumata görə, evdə təmizlik işləri aparan Türkmənistan vətəndaşı Bahadur Yangibayev damdan yıxılaraq ağır yaralanıb. O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
İş üçün evə çağırılıb
İddialara görə, 42 yaşlı A.A. adlı şirkət sahibi Tatlıtuğun evində boya və suvaq işləri görmək üçün çalışıb. Təmir işlərinin təxminən dörd gün davam etməsi planlaşdırılıb.
İşlər başa çatdıqdan sonra evdə təmizlik aparılmasının lazım olduğu bildirilib. A.A. təmizlik işi üçün bir nəfər tanıdığını deyib. Daha sonra Tatlıtuğun sürücüsü A.Y. ilə Türkmənistan vətəndaşı Bahadur Yangibayev arasında əlaqə yaradılıb.
Tərəflər görüləcək iş və ödəniş barədə razılığa gəldikdən sonra Yangibayev evə gəlib.
Təmizlik zamanı onun dama çıxdığı və müvazinətini itirərək aşağı düşdüyü bildirilir. Nəticədə ağır xəsarət alan Yangibayev reanimasiyaya yerləşdirilib.
Hadisədən sonra şirkət sahibi A.A. polis tərəfindən saxlanılıb.
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Hadisə avqustun 31-də baş verib. Məlumata görə, evdə təmizlik işləri aparan Türkmənistan vətəndaşı Bahadur Yangibayev damdan yıxılaraq ağır yaralanıb. O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.