Kivi ilə bu problemlərdən xilas olun

15.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Sarı kivi yaşıl kivi ilə müqayisədə daha çox C vitamini ehtiva edir”.

“Cebheinfo.az” xəbər verir ki, “El Confidencial” nəşrinin məlumatına görə, kardioloq Aurelio Rojas bildirib ki, kivi sağlamlıq üçün ən faydalı meyvələrdən birdir.

Onun sözlərinə görə, kivinin qida dəyəri növündən asılı olaraq dəyişir:

“Sarı kivi yaşıl kivi ilə müqayisədə daha çox C vitamini ehtiva edir. Bu xüsusiyyət onu immun sistemini dəstəkləmək və orqanizmdə xroniki iltihabı azaltmağa kömək edən qidalar arasında önə çıxarır”.

Rojas həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq, çəkiyə nəzarət etmək, qanda qlükoza və insulin səviyyəsində kəskin dəyişikliklərin qarşısını almağa kömək etmək, həmçinin bağırsaq mikroflorasını dəstəkləmək istəyənlərə yaşıl kivi tövsiyə edib.

Kardioloq yaşıl kivinin digər faydası kimi yuxu keyfiyyətinə mümkün müsbət təsirini də qeyd edib: 

“Meyvənin yatmazdan əvvəl istehlakı yuxusuzluqla mübarizədə faydalı ola bilər”.

Daha əvvəl diyetoloq Yelena Solomatina müəyyən sağlamlıq problemləri olan insanlara meyvə və tərəvəz istehlakını məhdudlaşdırmağı tövsiyə etmişdi.

O, bu tövsiyənin mədə-bağırsaq sistemi ilə bağlı problemləri olan şəxslərə də aid olduğunu bildirmişdi.

Aişə
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью