Kivu “Fluminense”yə məğlubiyyətdən danışdı

01.07.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“İnter”in baş məşqçisi Kristian Kivu Klublararası Dünya Çempionatında “Fluminense”yə məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Fluminense” daha sağlam və kəskin idi. Onların intensivliyi ilə mübarizə aparmaqda çətinlik çəkdik. Özümüzə inanırdıq, qol buraxmaq istəmirdim, amma olmadı.

Sona qədər oyunu dəyişmək üçün çalışdıq, ancaq bəxtimiz də gətirmədi – iki top dirəkdən qayıtdı. Rəqib isə əks-hücumdan yararlanaraq ümidlərimizi qırdı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью