Kivu: “Oyunçuları günahlandıra bilmərəm”

25.02.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasında “Bodo-Qlimt”ə uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Çox intizamlı komandaya qarşı oynadıq. Qol vura bilmədik, onlar fərqləndi, təzyiq artdı, risk aldıq, qol buraxdıq. Futbolçularımın təzyiqə düşməsi rəqibi rahatlaşdırdı. Oyunçuları günahlandıra bilmərəm. Əllərindən gələni etdilər, alınmadı.

Məğlubiyyətə və turnirlə vidalaşmağımıza görə məyusuq. Bəlkə də, ilk qolu biz vursaydıq, daha fərqli olardı. Hər bir halda, artıq matç başa çatıb. Rəqib mərhələ adlamağa layiq idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью