Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının 1-ci turunda “Real”a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, rumıniyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının çıxışından razı qaldığını bildirib.
“Nə mən, nə də komanda bura təsadüfi oyun keçirmək üçün gəlməmişdik. Düşünürəm ki, tez-tez “Real”ın cərimə meydançasına qədər gedib çıxırdıq. Bilirəm, deyirlər ki, matçların mahiyyəti qol vəziyyətləri və qollardır. Amma mən məhz komandamın burada göstərdiyi oyunu bəyəndim.
Turnirin bu mərhələsində bizim hələ yeddi oyunumuz var. Burada üç xal qazanmaq istəyirdik, amma evə layiq olmadığımız məğlubiyyətlə qayıtdıq. Lakin biz mübarizik. İnkişaf etmək, yüksək hədəflərə çatmaq istəyirik. Daha da yaxşılaşmağa çalışacağıq".
Qeyd edək ki, “İnter” növbəti turda oktyabrın 13-də “Brügge”ni qəbul edəcək. “Real” isə oktyabrın 14-də səfərdə “Roma” ilə qarşılaşacaq.