Kivudan məğlubiyyət şərhi

15.09.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kivudan məğlubiyyət şərhi

“İnter”in baş məşqçisi Kristian Kivu A Seriyasının 4-cü turunda “Udineze” üzərində 5:3 hesablı qələbəni şərh edib.

QOL.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının oyuna zəif başladığını və fərdi səhvlərə yol verdiyin ietiraf edib:

“Biz qolları sadə səhvlər səbəbindən buraxdıq. Oyuna zəif başladıq, enerjimiz çatmırdı və 0:2 hesabı ilə geriyə düşdükdən sonra reaksiya verməli olduq.

Hələ mükəmməl deyilik və rəqiblərə qapımız qarşısında epizodlar yaratmağa imkan veririk. Lazımi düzəlişləri etmək üçün vaxtımız olacaq.

Hər üç gündən bir oynayırıq və bizi uzun mövsüm gözləyir. Güclü futbolçulardan ibarət rəqabətədavamlı heyətimiz var. Vəzifəmiz onların özlərini ən yaxşı şəkildə göstərə bilmələri üçün şərait yaratmaqdır. Hamımıza ehtiyac olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью