Kiyev 2030 a qədər Avropa İttifaqına üzv ola bilər Aİ nin Ukraynadakı səfiri

10.09.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova Corriere della Sera qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Ukraynada davam edən münaqişə prosesin sürətinə təsir göstərsə də, ümumi istiqamət Kiyevin yaxın illərdə Aİ-yə qoşulmasına doğru aparır:

“Hər şey elə gedir ki, Ukraynanın Aİ-yə daxil olması 2030-cu ildən əvvəl reallaşsın”, – Maternova vurğulayıb.

O həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Aİ-yə üzvlük yolunu “qanuni seçim” kimi qəbul etməsinə inanmadığını bildirib. Maternovanın fikrincə, məhz Ukraynanın Qərblə inteqrasiya arzusu 2014-cü ildə başlayan münaqişənin əsas səbəblərindən biri olub.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin iyununda Aİ-yə namizəd statusu alıb. 2023-cü ilin dekabrında isə üzvlük danışıqlarına başlanması qərara alınıb. Bununla belə, son aylarda Macarıstan Ukraynanın sürətli şəkildə Aİ-yə qəbul olunmasına qarşı çıxdığını açıq şəkildə bəyan edir.

Qeyd edək ki, Prezident Vladimir Zelenski dəfələrlə Aİ-yə üzvlüyü Ukraynanın təhlükəsizliyi üçün əsas təminatlardan biri adlandırıb.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью