Kiyev ağır şərtlərlə qarşı qarşıya: Baydendən qalanlar...

23.02.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna ABŞ-ın təklif etdiyi 500 milyardlıq fond ideyasını rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Blomberq” agentliyi yayıb.

Məlumata görə, Kiyev bu fond üçün məbləğin 5 dəfə azaldılmasını təklif edib:

“Məbləğin 100 milyarda endirilməsini istədik və təklifi ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa təqdim etdik” – deyə agentliyin mənbəsi söyləyib.

Qeyd edək ki, sözügedən fond müharibə başlayandan bəri Kiyevə göstərdiyi yardıma görə ABŞ-a kompensasiya ödəməyi nəzərdə tutur. Ukrayna müqaviləni tam ədalətli hesab etməsə də, ABŞ bu yolla əvvəlki prezident Co Bayden dönəmində Kiyevə verilən borcları geri qaytarmaq istədiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью