Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya tərəfindən Ukraynaya həyata keçirilən hücumlar nəticəsində paytaxtın böyük hissəsi işıqsız qalıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, elektrik enerjisində yaranan problem səbəbindən bəzi su nasos stansiyaları da fəaliyyətini dayandırıb və şəhərin bəzi ərazilərində su təchizatında fasilələr yaranıb.
Kliçko qeyd edib ki, enerji mütəxəssisləri təchizatın bərpası üzərində işləyirlər. Bundan başqa, şəhər sakinləri mobil rabitə siqnalının zəifləməsi və internetdə problemlər yarandığını bildiriblər.