Kiyev buna görə monitorinq qrupu yaradır

14.03.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev atəşkəs tətbiq ediləcəyi təqdirdə ona əməl olunmasına nəzarət etmək üçün monitorinq qrupu yaratmağa başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu  barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat yayıb. 

"Biz artıq mümkün atəşkəsə düzgün nəzarət etmək üçün müvafiq fəaliyyət alqoritmlərini hazırlayacaq komanda formalaşdırmağa başlamışıq” , - deyə nazir jurnalistlərə açıqlamasında deyib. 

Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri bu prosesi “son dərəcə mürəkkəb” adlandırıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью