Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməsinə razılıq verib.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff martın 21-də amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Onlar bununla razılaşdılar. Ukraynada seçkilər olacaq”, - Uitkoff Karlsonun bu barədə sualına cavab olaraq bildirib.
Qeyd edək ki, bəzi müşahidəçilər Ukraynada prezident seçkilərinin payızda baş tuta biləcəyini ehtimal edir.