Kiyev cəbhəətrafı ərazi statusu ala BİLƏR

31.08.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev vilayətinin artıq sentyabr ayında cəbhəətrafı ərazilər kimi tanınması mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko bildirib. Onun sözlərini UNİAN yayıb.

Qorbenkonun sözlərinə görə, hökumət bununla bağlı müvafiq qərar layihəsi üzərində təxminən iki həftədir işləyir. Bildirilir ki, bu proses Kiyevdə anbarlara qarşı kütləvi hücumların başlanmasından sonra gündəmə gəlib.

Qeyd olunur ki, Kiyevdə biznes üçün əlavə güzəştlərin tətbiqi də nəzərdən keçirilir. Bu güzəştlər sırasında işçilərin səfərbərlikdən qorunması üçün onların bron edilməsinə dair imkanların genişləndirilməsi də yer alır.

Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya Kiyevə qarşı Rusiya tərəfindən həyata keçirilən kütləvi hücumlarla bağlı açıqlama verib. O, Ukraynanın paytaxtındakı vəziyyəti Kramatorskla müqayisə edib.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью