sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsayder Mixail Spivakovski Kiyev "Dinamo"sunun baş məşqçi vəzifəsinə hansı namizədləri nəzərdən keçirdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə qonaq olduğu "TaToTake" "yutub" kanalında məlumat verib.
Mənbənin sözlərinə görə, namizədlər siyahısında dörd mütəxəssis yer alır. Bunlar ukraynalı Sergey Kravçenko (hazırda Jitomir "Polissya"sının məşqçilər heyətinin üzvü) və Vladislav Lupaşko (Polşanın "Lexiya" klubunun baş məşqçisi), rumıniyalı Eduard İordanesku (Rumıniya milli komandasının keçmiş baş məşqçisi, hazırda heç bir klubda işləmir) və xorvatiyalı Nenad Byelitsadır (Türkiyənin "Samsunspor" klubunun baş məşqçisi).
Qeyd edək ki, "Dinamo"nun artıq keçmiş baş məşqçisi İqor Kostyuk, Ukrayna Çempionatının 9-cu turundan sonra vəzifəsindən azad edilib. Kostyukun köməkçisi, polşalı məşqçi Maçey Kendziorek "Dinamo"nun müvəqqəti baş məşqçisi təyin olunub.