Kiyev Dinamo su baş məşqçi ilə yolları ayırdı

28.11.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Kiyev "Dinamo"su ötən gecə Konfrans Liqasının əsas mərhələsinin 4-cü turunda "Omoniya"ya (0:2) məğlubiyyətdən sonra baş məşqçi Oleksandr Şovkovskini istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəhbərliyin digər qərarı ilə klubun U-19 komandasının çalışdırıcısı İqor Kostyuk müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.  

Qeyd edək ki, dörd turdan sonra aktivində 3 xal olan "Dinamo" Konfrans Liqasında 27-ci pillədədir. Kiyevlilər növbəti turda "Fiorentina" ilə qarşılaşacaq. Oyun dekabrın 11-də keçiriləcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью